Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirib


11:38     14 Aprel 2021 cavusoglusabrimiz-so-0dc23f43dd70e3830bf1.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına dair qərarına münasibət bildirib.


Türkiyə XİN başçısı məsələ ilə bağlı NTV-yə açıqlamasında deyib ki, uçuşların bərpası istiqamətində danışıqlar aparılır.

“Bu qərarın arxasında siyasi bir əsasın olduğu qənaətində deyiləm”, - deyə nazir vurğulayıb.

O, bu qərarın mənfi nəticələrinin ola biləcəyi ehtimalını da qeyd edib.

Qeyd edək ki, Rusiya 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları məhdudlaşdırmaq qərarı verib.

Açar sözlər:

Oxunub: 854