Misirdə avtobus aşıb: 20 nəfər ölüb, 3 nəfər yaralanıb
13:32 14 Aprel 2021
Misirdə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb, 3 nəfər yaralanıb.
Femida.az İHA-ya istinadən xəbər verir ki, hadisə ölkə paytaxt Qahirədən 320 km cənubda yerləşən Assiut şəhərində baş verib.
Sürücü yük avtomobilini ötüb keçmək istəyən zaman idarəetməni itirib və avtobus aşıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 36 təcili tibbi yardım briqadası göndərilib. Bundan başqa, ərazidəki bütün xəstəxanalarda hazırlıq işləri görülüb.
Avtobus Qahirədən başqa bölgəyə gedirmiş.
Məlumata görə, 2019-cu ildə Misirdə baş verən 10 min yol qəzasında 3 480-dən çox insan ölüb. 2018-ci ildə isə 8 480 qəza, 3 080 ölüm hadisəsi qeydə alınıb.
Oxunub: 871
Oxşar xəbərlər
- Misirdə ağır yol qəzasında 12 nəfər ölüb, 40-a yaxın insan xəsarət alıb
- Misirdə kütləvi dava zamanı azı 10 nəfər öldürülüb, xəsarət alanlar var
- Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb
- Misirdə iki qatarın toqquşması nəticəsində 32 nəfər ölüb
- Misirdə bina çöküb, xeyli sayda insan ölüb
- Misirdə saxlanılan azərbaycanlının məsələsi səfirliyin diqqətindədir
- Misirdə qatar qəzası - 30 nəfər yaralandı
- Misirdə neft quyusu yanıb
- Misirdə ağır qəza: 10 nəfər ölüb
- Misirdə üçgünlük prezident seçkiləri başlayıb