Misirdə avtobus aşıb: 20 nəfər ölüb, 3 nəfər yaralanıb


13:32     14 Aprel 2021 21_04_14_1618389175.jpg

Misirdə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb, 3 nəfər yaralanıb.

Femida.az İHA-ya istinadən xəbər verir ki, hadisə ölkə paytaxt Qahirədən 320 km cənubda yerləşən Assiut şəhərində baş verib.

Sürücü yük avtomobilini ötüb keçmək istəyən zaman idarəetməni itirib və avtobus aşıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 36 təcili tibbi yardım briqadası göndərilib. Bundan başqa, ərazidəki bütün xəstəxanalarda hazırlıq işləri görülüb.

Avtobus Qahirədən başqa bölgəyə gedirmiş.

Məlumata görə, 2019-cu ildə Misirdə baş verən 10 min yol qəzasında 3 480-dən çox insan ölüb. 2018-ci ildə isə 8 480 qəza, 3 080 ölüm hadisəsi qeydə alınıb.

Açar sözlər:

Oxunub: 646