“Nəvələrimi Hərbi Qənimətlər Parkına aparacağam” - Şeyx


12:28     14 Aprel 2021 seyx%20qurban.JPG

Hərbi Qənimətlər Parkını televiziyada gördüm. Ailəm, nəvələrim oranı görmək istəyir. Mən də söz vermişəm ki, onları parka aparacağam. Parkın dizaynı çox gözəl qurulub. Bir çox ölkələrdə olmuşam. Amma belə dizaynda park görməmişəm.

Femida.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri bildirib ki, Hərbi Qənimətlər Parkı Vətəni sevmək, Vətəndə baş verən hadisələrə qiymət vermək, torpaqların nəyin bahasına olursa olsun azad olunmasını göstərmək baxımından mötəbər yerdir.

“Bura muzeydən çox bir məktəbdir. Bunkerlərdə hərbçilərin maketlərini televiziyada görəndə həqiqi ermənilərin, faşistlərin üzünü gördüm. Parkı yaradanlara minnətdarlığımı bildirirəm. Onlara baxanda insan öz Vətəni ilə fəxr edir. Düşmən dövlətin hərbi sursatının bu gün ayağımızın altında olmasını görəndə fəxr edirəm. Allah bizim dövlətimizi, xalqımızı, Ali Baş Komandanı qorusun. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə sağlamlıq versin”.

Açar sözlər:

Oxunub: 504


Oxşar xəbərlər