Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib


13:29     14 Aprel 2021 2021/04/672B9D72-96A6-4A27-ABF0-0C49678C1E63_1618392764.jpeg


Moskva şəhərində azərbaycanlı avtoritet Əli Heydərovu odlu silahdan qətlə yetirən Mətləb Sultanov bu əməli törətdiyini etiraf edib.

Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, o, aralarındakı şəxsi ədavət yarandığı üçün Ə.Heydərovu öldürdüyünü bildirib.

Qeyd edək ki, aprelin 12-də Rusiya paytaxtındakı fitnes klublarının birində baş vermiş hadisə ilə bağlı adam öldürmək və qanunsuz silah dövriyyəsi maddələrilə cinayət işi başlanmışdı.



Femida.az

Açar sözlər: #cinayət  

Oxunub: 783