Gənc müəllimlər üçün işə qəbul elan edildi


14:35     14 Aprel 2021 21_04_14_1618396589.jpg


Odlar Yurdu Universiteti 2021-2022-ci tədris ilindən başlamaqla yüksək ixtisaslı gənc müəllimlərin aşağıdakı ixtisaslar üzrə saat hesablı, yarım ştat və tam ştat olmaqla işə qəbulunu elan edir.


✔️Bakalavr səviyyəsi üzrə tədris:

• ▪️Məktəbəqədər təhsil;
• ▪️Təhsildə sosial-psixoloji xidmət;
• ▪️Xarici dil müəllimliyi (İngilis dili üzrə);
• ▪️Beynəlxalq münasibətlər;
• ▪️Filologiya (Azərbaycan dili və ədəbiyyatı);
• ▪️Psixologiya;
• ▪️Tərcümə (İngilis dili üzrə);
• ▪️Dizayn (İnteryer, qrafik, modelyer istiqamət üzrə);
• ▪️Biznesin idarə edilməsi;
• ▪️Dövlət və bələdiyyə idarəetməsi;
• ▪️İqtisadiyyat;
• ▪️Maliyyə;
• ▪️Marketinq;
• ▪️Menecment;
• ▪️Mühasibat;
• ▪️Biologiya;
• ▪️Ekologiya;
• ▪️İnformasiya texnologiyaları;
• ▪️Kompüter mühəndisliyi;
• ▪️Sosial iş;
• ▪️Turizm işinin təşkili

✔️Tələblər:

• ▪️Elmi dərəcəsi;
• ▪️İngilis və rus dillərində mükəmməl yazma və ünsiyyət qabiliyyəti;
• ▪️Tədqiqat - təhlil bacarıqları və vərdişləri;
• ▪️Müvafiq istiqamət üzrə ən azı 3 illik pedaqoji iş təcrübəsi;
• ▪️Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları;
• ▪️Müasir tədris metodları üzrə sertifikatlar;
• ▪️Müvafiq xarici dil(lər) üzrə setifikatlar

✔️Əsas vəzifələr:

• ▪️Bakalavr, Magistratura və Doktorantura səviyyəsində təhsil alan tələbələrə təyin olunan fənlərin tədrisi;
• ▪️Universitet tədris standartlarına cavab verən fənlər üzrə sillabusların hazırlanması;
• ▪️Dərslər, elmi müzakirələr və sərbəst işlər üzrə materialların planlaşdırılması və hazırlanması;
• ▪️Akademik araşdırmaların aparılması, hazırlanmış materialların yerli və xarici elmi jurnallarda dərc etdirilməsi;
• ▪️Müvafiq Departamentlərə dərsdənkənar tədbirlər təşkilində iştirak etmək

Müraciət üçün: [email protected]

Femida.az

Açar sözlər: #müəllim  

Oxunub: 518