"Bu düşmənçilik nə vaxta qədər davam edəcək?" - Paşinyan
15:08 14 Aprel 2021
Türklər və azərbaycanlılar bizim düşmənimizdir. Bu məsələ müzakirə mövzusu ola bilməz.
Femida.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Parlament sədrinin müavini, hakim fraksiyanın üzvü Alen Simonyan baş nazirdən, türklərin düşmən olub-olmadığını soruşub.
Paşinyan bu mövzuda ümumiyyətlə hansısa müzakirənin aparıla biləcəyini anlamadığını deyib. Onun sözlərinə görə, Ermənistanın tarixi, Qarabağdakı son müharibənin özü bu suala cavab verir.
"Bəli, türklər, azərbaycanlılar bizim düşmənlərimizdir və onlar da bizi düşmən sayırlar. Ancaq sual başqadır - bu düşmənçiliklə nə edəcəyik, bu düşmənçilik nə vaxta qədər artmaqda davam edəcək. Türklərin düşmən olmadığına birtərəfli qaydada qərar verə bilmərik. Tarixən düşmənçilik içindəyik, amma sual bu düşmənçiliyi necə idarə etdiyimizdədir".
Paşinyan əlavə edib ki, dünyada bir-biri ilə on milyardlarla dollarlıq ticarəti olan düşmən dövlətlər var.
Femida.az
Oxunub: 521
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir