Azərbaycanda 8 dövlət əmlakı özəlləşdirilib


16:22     14 Aprel 2021 21_04_14_1618403601.jpg


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün təşkil etdiyi növbəti hərracda 8 dövlət əmlakı özəlləşdirilib.

Bu barədə Femida.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bunlardan 1-i kiçik dövlət müəssisəsi, 7-si nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisəsi Şəmkir rayonunda yerləşir.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3e5BBoZ)

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%- qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 848