Azərbaycanda peyvənd olunanların sayı açıqlandı


17:14     14 Aprel 2021 21_04_14_1618406047.jpg


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 028 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 243 191, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 813 413, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 429 778 təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 784