Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"
21:08 14 Aprel 2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Mario Draqiyə cavab verib.
Femida.az xəbər verir ki, dövlət başçısı gənclərin "İtaliyanın baş naziri sizə diktator deyib, bu formada ifadələr işlədiləndə nələr hiss edirsiniz" sualını belə cavablandırıb.
"İtaliya baş nazirinin verdiyi açıqlama tamamilə həddini aşmaq və tərbiyəsizlikdir. Türkiyə-İtaliya münasibətlərinin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid bəslədiyimiz bir dönəmdə Draqi adlandırılan şəxs bu formada açıqlama verməklə, təəssüf ki, aramızdakı münasibətləri baltalayıb. Rəcəb Tayyib Ərdoğan haqqında bir dəfə belə ifadə işlətmək üçün hər şeydən əvvəl sənin tarixindən xəbərin olmalıdır. Amma gördük ki, xəbəri yoxdur. Biz millətimizin bizə verdiyi güclə xalqımıza xidmət etməyə davam edəcəyik. Ona görə də İtaliya baş nazirinin belə ifadələr işlədib-işlətməməsinə fikir verməyin. Biz öz işimizi görməliyik", - Ərdoğan bildirib.
Oxunub: 1176
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"