Ermənistanda jurnalist və övladının təhdid edilməsinə Baş Prokurorluq qarışdı
10:30 15 Aprel 2021
Ermənistanın Baş Prokurorluğu ölkə polisinə jurnalist Ani Qevorkyanın ünvanına təhlükələr haqqında informasiyanı araşdırmağı tapşırıb.
Femida.az xəbər verir ki, bu barədə baş prokurorun məsləhətçisi Qor Abramyan özünün feysbukdakı səhifəsində bildirib.
Onun sözlərinə görə, jurnalistin ünvanına təhlükələr haqqında KİV-də dərc olunan yazılar, həmçinin müvafiq jurnalist təşkilatının bəyanatı Baş Prokurorluqda qeydə alınıb.
"Yerevan Prokurorluğu bununla bağlı yazılanları Yerevanın Polis İdarəsinə göndərdi, nəşrlərdə olan məlumatları, jurnalistin qeydlərini yoxlamağı və vəziyyəti öyrənməyi tapşırdı", - deyə Abramyan yazıb.
Ermənistanın ombudsmanı Arman Tatoyan da həmçinin bildirib ki, polisə müraciət edəcək.
Daha əvvəl Ermənistan Jurnalistlərinin İttifaqı bəyanatla çıxış edərək, jurnalistlərin ünvanına təhlükələri pisləyib. Bəyanata əsasən, “Tert.am” saytının jurnalisti Ani Qevorkyan bildirib ki, "İnqilab Keşikçiləri" qrupunun üzvlərindən biri onun və uşağının şəklini sosial şəbəkələrdə təhqiredici ifadələrlə paylaşıb.
Oxunub: 859
Oxşar xəbərlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi
- Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb