Rusiyada koronavirusdan ölənlərin sayı 104 mini ötüb


12:50     15 Aprel 2021 21_04_15_1618474934.jpg

Rusiyada son sutka ərzində daha 8944 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az -ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 675 153 nəfərə çatıb.

Son sutka ərzində 398 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 104 398 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Açar sözlər:

Oxunub: 268