Həyətində çətənə əkən keçmiş məhkum tutuldu


15:05     15 Aprel 2021 cetene_kolu_0018.jpg

Yevlax şəhər sakini M.Musayevin həyətində çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən Femida.az-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunan M.Musayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 102 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 368