ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib


16:32     15 Aprel 2021 abs_rus2.jpg

ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.


Femida.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Belə ki, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır. Bundan əlavə, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və ya Rusiyanın Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazları birbaşa almağı qadağan edir.

ABŞ maliyyə nazirliyi isə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə sanksiya tətbiq edib.

Açar sözlər:

Oxunub: 968