Son sutkada 36 nəfər COVID-19-dan vəfat edib


16:57     15 Aprel 2021 2021/04/16184-1618490406_1618491515.jpg

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, son sutkada 36 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 294 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 257 942 nəfər müalicə olunaraq sağalıb, 4 045 nəfər vəfat edib. 32 224 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 207, bu günə qədər isə ümumilikdə 3 068 679 test icra olunub.

Açar sözlər:

Oxunub: 229