Lənkəranda piyadanı vurub qaçan sürücü saxlanıldı


09:28     16 Aprel 2021 21_04_16_1618552549.jpg


Lənkəranda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az- verilən məlumata görə, aprelin 14-də axşam saatlarında Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş atomobillə həmin kəndin sakini Z.Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “VAZ-2107” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Xolmili kənd sakini Samid Hacıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 698