"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır - VİDEO


11:44     16 Aprel 2021 21_04_16_1618559087.jpg


“8 Noyabr” (keçmiş Nobel) prospektində yenidənqurma və bərpa işləri aparılır.

Femida.az-ın məlumatına görə, prospekt boyunca yol-nəqliyyat hadisələri və güclü külək səbəbindən yararsız hala düşən işıq dirəkləri yeniləri ilə əvəzlənir.

Yeni işıq dirəkləri əsasən sərt döngələrin olduğu yerdə quraşdırılıb. Dirəklərin sayı isə 50-ə yaxındır.

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Ayaz Hüseynov bildirib ki, görülən işlər zamanı ilk öncə bünövrələrin tikintisi həyata keçirilib və eyni zamanda zədələnmiş kabellərin bərpası aparılıb:

“Sərt döngələrlə bağlı BŞİH Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə ilkin müzakirələr aparıb. Prospekt boyunca olan sərt döngələrin səkilərində müəyyən dəyişikliklər edilməsi planlaşdırılır. Bu da ona görə nəzərdə tutulur ki, gələcəkdə qəzaların qarşısını ala bilək”.



Femida.az

Açar sözlər:

Oxunub: 917