Suqovuşanda minaya düşən əsgər şəhid olub


12:16     16 Aprel 2021 21_04_16_1618561864.jpg


Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

Müdafiə Nazirliyindən Femida.az-a bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!



Femida.az

Açar sözlər: #mina   #əsgər   #şəhid  

Oxunub: 389