Göygöldə 56 yaşlı qadın intihar edib


18:58     16 Aprel 2021 21_04_16_1618584093.jpg

Göygöl rayonunda intihar hadisəsi baş verib.

Femida.az məlumatına görə, hadisə Balçılı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahrə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 969