Peyvənd olunanların sayı açıqlandı


19:55     16 Aprel 2021 21_04_16_1618587110.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 542 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 034, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 508 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 299 9323, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 859 338, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 439 985 təşkil edir.

Açar sözlər:

Oxunub: 771