Alban-Udin dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)


11:00     17 Aprel 2021 2021/04/trend_tug_kendi_170421trt_1618643277.jpg

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri azad olunmuş ərazilərə səfər ediblər.

Femida.az-ın Qarabağ bürosunun məlumatına görə, icma üzvləri Xocavənd rayon Tuğ kəndinə yollanıblar.

Səfər çərçivəsində dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət edəcəklər. Dini icma alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edəcək.

Xatırladaq ki, Alban-Udin dini icmasının üzvləri bundan öncə də azad olunmuş ərazilərə səfər ediblər.

Açar sözlər:

Oxunub: 385


Oxşar xəbərlər