Masallıda yas keçirənlər məhkəməyə verildi


11:26     17 Aprel 2021 1398947325_mehkeme.jpg

Masallı Rayon Polis Şöbəsinə rayonun Köhnə Alvadı kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan

Femida.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb. Mərasimin keçirilməsinin qarşısı alınıb.

Yasmərasimini təşkil edən və orada olan ümumilikdə 7 nəfər barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 391