Saatlı sakinlərindən silah və narkotik götürülüb
11:58 17 Aprel 2021
Saatlı rayon sakinində qanunsuz odlu silah aşkar edilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mustafabəyli kənd sakini Surxay İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bundan başqa, daxil olmuş digər məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Qara Nuru kənd sakini Tarverdi Salayev saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı qanunsuz olaraq əkib yetişdirdiyi 26 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.
Oxunub: 370
Oxşar xəbərlər
- Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
- Saatlının yeni Baş planının detalları açıqlanıb
- Saatlıda mağazada yanğın olub
- Saatlıda karantin qaydalarını pozan toy məclisi aşkarlanıb
- Saatlıda ev yanıb
- Saatlıda itkin düşən azyaşlı tapılıb
- Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb
- Saatlıda qaydaların pozulduğu iki toy aşkarlanıb