Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb


12:07     17 Aprel 2021 2019/05/iase_1559130198.jpg

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 138 milyon manat olub.

Bu barədə Femida.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,6 %-i hüquqi şəxslərin, 58,4 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyənin dəyəri 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2 dəfə azalaraq 56,8 milyon manat olub.

Açar sözlər:

Oxunub: 832