Gədəbəydə ikimərtəbəli ev yanıb


18:04     17 Aprel 2021 2021/04/1618667664928_6RooMDC9_1618668421.jpg

Gədəbəydə ev yanıb.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 241