Küçədə maska taxmaq tələbi ləğv edildi - İsraildə


12:13     18 Aprel 2021 21_04_18_1618733641.jpg

Bu gündən İsraildə küçədə tibbi maska taxmaq tələbi ləğv edilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədəki koronavirusa yoluxma səviyyəsinin azalması ilə əlaqədar olaraq küçədə qoruyucu maskalar taxma tələbini ləğv edilib.

Nazirlik eyni zamanda açıq görüşlərdə qoruyucu maskalardan istifadə etməyi tövsiyə edib.

Femida.az

Açar sözlər: #İsrail   #maska  

Oxunub: 583