Bayden generalların tövsiyəsinə məhəl qoymadı


14:41     18 Aprel 2021 130411_joe_biden_ap_328.jpg

ABŞ Prezidenti Cozef Bayden amerikalı generalların Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı tövsiyələrinə məhəl qoymayıb.

Femida.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin mənbələri bildirir ki, yüksək hərbi komandanlıq ABŞ qoşunlarının geri çəkilməsinin ölkədəki təhlükəsizliyi poza biləcəyindən qorxur. Xüsusilə ABŞ Baş Qərargah rəisi general Mark Milley, ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi, Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı general-leytenant Skott Miller qoşunların Əfqanıstanda qalmasının tərəfdarıdır.

Mənbələrə görə, Bayden hərbçiləri dinləsə də, bunun əksinə qərar verib.

Qeyd edək ki, Cozef Bayden ABŞ qoşunlarının 1 may-11 sentyabr tarixlərində Əfqanıstandan çıxarılmasını təsdiqləyib. Oxşar qərar NATO ölkələri və Böyük Britaniya tərəfindən də verilib.

Açar sözlər:

Oxunub: 772