İranda Ordu Günü qeyd edilir


15:24     18 Aprel 2021 2021/04/1618743142350_JULyr24X_1618745401.jpeg

Bu gün İranda Ordu Günü qeyd edilir.

Aprelin 18-də (29 fərvərdin) Ordu Günü ilə əlaqədar olaraq Tehranda və digər şəhərlərdə parad koronavirus pandemiyası ilə əlaqədar məhdud şəkildə və yalnız texnika, təyyarə və pilotsuz təyyarələrin nümayişi ilə keçirilib.

Ordu günü ilə əlaqədar Prezident Həsən Ruhani bəyanat yayıb. O diqqətə çatdırıb ki, İran ordusu dünyada və bölgədə həmişə terror təşkilatları ilə mübarizə aparıb. İranın güclü silahlı qüvvələrə malik olduğunu bəyan edən H. Ruhani bildirib ki, Ordu və Sepah ölkənin iqtisadi müharibəsində milli mənafeyin keşiyində durub.

Açar sözlər:

Oxunub: 820