Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb


16:29     18 Aprel 2021 2021/04/russia_coronavirus_241020_1618749036.jpg

Rusiyada koronavirusa yoluxanların sayı 4,7 milyonu ötüb.

Femida.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 8 632 nəfər virusa yoluxub, 389 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 4 702 101 nəfər "COVİD-19" infeksiyasına yoluxub,4 326 780 şəxs virusdan sağalıb.

Ölkə ərazisində koronavirusdan ümumilikdə ölənlərin sayı 105 582 nəfərə çatıb .

Açar sözlər:

Oxunub: 736