Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var - VİDEO


19:21     18 Aprel 2021 21_04_18_1618759335.jpg

Xaçmaz rayonu ərazisinə yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib.

"BNW" markalı avtomaşınla "VAZ" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırmalar davam etdirilir.





Açar sözlər:

Oxunub: 894