Rüşvət alan bələdiyyə sədri həbs edildi
13:45 19 Aprel 2021
Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Dəmirov Akif Balaməmməd oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb.
Belə ki, keçirilən əməliyyat tədbirləri ilə Akif Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət edən şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Akif Dəmirova 17 aprel 2021-ci il tarixdə CM-in 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 484
Oxşar xəbərlər
- Vətəndaşdan rüşvət alan məmurların cinayət işinin ibtidai istintaqı yekunlaşıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Azərbaycanda vətəndaşı rüşvət verməyə təhrik edən şəxs həbs olunub
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Şirkət rəhbəri: “Vilyam Hacıyevə 1 milyondan artıq rüşvət vermişəm”
- Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib
- Sahibkar: "Tikinti üçün Vilyam Hacıyevə 2 min manat rüşvət verdim"
- DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib