Kürdəmirdə reyd zamanı 30 sürücü cərimələndi
21:37 19 Aprel 2021
Baş Dövlət Yol Polis İdarəsi və Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində reyd keçiriblər.
Reyd əsasən təhlükəsizlik kəmərindən istifadə etməyən, eləcə də avtomobillərin işıq cihazlarından düzgün istifadə etməyən sürücülərin qayda pozuntusunun qarşısının alınması məqsədi daşıyıb.
Polis əməkdaşları sürücülərlə profilaktik söhbətlər aparıb, onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə ediblər. Reyd zamanı ümumilikdə 50-yə yaxın sürücü saxlanılıb, onlardan 30-u barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr tətbiq olunub.
Reydlərin Kürdəmir RPŞ DYPB-nin əməkdaşları tərəfindən ilin sonuna qədər mütəmadi keçirilməsi nəzərdə tutulur.
Oxunub: 419
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
- Kürdəmirdə sərnişin mikroavtobusu aşıb, 8 nəfər xəsarət alıb
- Kürdəmirdə qatarın vurduğu 44 yaşlı kişi xəstəxanada ölüb
- Kürdəmirdə avtomobil su kanalına düşüb