Ağsuda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub
11:06 20 Aprel 2021
Ağsu rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Femida.az-ın xəbərinə görə Ağsu rayon Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini Şahalı adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 7000 manata yaxın pullarını aldığını bildiriblər. Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş rayonun Qiyaslı kənd sakini Şahalı Eminov saxlanılıb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Şahalı Eminovun Ağsuda, eləcə də respublikanın digər şəhər və rayonlarında oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Ağsu Rayon Polis Şöbəsi və ya şəhər telefonlarından 020-226-51-23 nömrəsi, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Oxunub: 378
Oxşar xəbərlər
- Ağsuda 59 yaşlı qadın itkin düşüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda fermada çoban qardaşını bıçaqlayıb
- Ağsuda keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik vasitə aşkarlanıb
- Ağsuda 65 yaşlı kişini avtomobil vurub
- Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var
- Ağsuda insident olub, sələmçi qardaşlar bıçaqlanıb
- Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb