Azərbaycanlı tələbəni öldürən rus milliyyətçisi əməlini etiraf edib


13:35     20 Aprel 2021 21_04_20_1618911375.jpg


Azərbaycanlı tələbə Timur Qavrilovun öldürməkdə ittiham olunan Rusiyanın Volqoqrad vilayətinin 22 yaşlı sakini Vitali Vasilyevin məhkəməsinin ilk iclası keçirilib.

Məlumatı Volqoqrad vilayət məhkəməsinin mətbuat xidməti yayıb.

V.Vasilyev faşist baxışlarına görə Volqoqrad Tibb Universitetinin Azərbaycandan olan 17 yaşlı tələbəsi Timur Qavrilovu qətlə yetirib. Məhkum, rus milliyyətçisi ona qarşı irəli sürülən ittihamı etiraf edib. Məhkəmənin növbəti iclası 2021-ci il aprelin 27-də Volqoqrad vilayət məhkəməsində keçiriləcək.

Məlumata görə, cinayət 2020-ci il iyunun 12-dən 13-nə keçən gecə Volqoqradın Voroşilov rayonunun Raboçye-Krestyansk küçəsində baş verib. Vasilyev 17 yaşlı tələbə Timur Qavrilova hücum edib. Rus-milliyyətçisi ona 20-yə yaxın bıçaq zərbəsi vurub. Vitali Vasilyev iyunun 22-də Belarusa qaçmağa çalışarkən Rusiyanın Smolensk şəhərində tutulub. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 848