Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik edilib


19:39     20 Aprel 2021 21_04_20_1618933291.jpg

Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı müvafiq qərarlarında dəyişiklik edilib.

Femida.az -ın məlumatına görə, Nazirlər Kabinetinin qərara verdiyi izahda bildirilib ki, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunda edilmiş dəyişikliklərə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarlarında “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl AES qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək)” sözləri “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının” sözləri ilə əvəz edilib.

Digər aktlarda bu kimi bir sıra müvafiq dəyişikliklər aparılıb.

Açar sözlər:

Oxunub: 1202