Azərbaycan vətəndaşı olmaq istəyənlər üçün - MAARİFLƏNDİRİCİ VİDEO


11:26     21 Aprel 2021 21_04_21_1618990014.jpg

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Vətəndaşlığını əldə etmək istəyən şəxslərə müraciət edib.

Femida.az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına, həmçinin qanunlarına riayyət edilməsi barədə öhdəlik götürən Azərbaycanın dövlət dilini bilməsi barədə müvafiq sənəd təqdim edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mənşəyindən irqi və milli mənsubiyyətindən, dinə münasibətindən, cinsindən, təhsilindən, siyasi və digər əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər.

E.Kələntərov qeyd edib ki, bunun üçün şəxs əvvəlcə Azərbaycanda iki il müddətində müvəqqəti yaşama icazəsi ilə, daha sonra isə beş il müddətində daimi yaşama icazəsi ilə fasiləsiz qalmalıdır: "Fasiləsiz o deməkdir ki, həmin şəxs Azərbaycandan kənarda il ərzində 90 gündən artıq vaxt keçirməməlidir".

Vətəndaşlığa qəbul şərtləri haqqında daha ətraflı məlumat, həmçinin tələb olunan sənədlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.



Femida.az

Açar sözlər: #miqrasiya   #Azərbaycan   #vətəndaş  

Oxunub: 4846