Prokurorluq Bərdədəki həkim səhlənkarlığı faktını araşdırır
11:45 21 Aprel 2021
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Bərdə rayon sakini Talıbov Orxan Telman oğlunun avtomobil qəzası nəticəsində aldığı xəsarətlə bağlı keçirdiyi əməliyyat zamanı həkim tərəfindən səhlənkarlığa yol verilməsi səbəbindən ayağında qüsurun yaranması, həmin faktla əlaqədar Bərdə Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması ilə bağlı məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri izahatların alınması təmin edilir.
Həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı hər-hansı tibbi personalın səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.
"Ekspertizanın rəyinə və digər toplanan sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir", - Mətbuat xidmətindən bildirilib.
Femida.az
Oxunub: 513
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokurorluq Tərtərdə 21 yaşlı gəncin qətli barədə məlumat yayıb
- Prokurorluq Goranboyda bacı və qardaşın qətli ilə bağlı məlumat yayıb
- Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb
- Prokurorluq Saatlıda qardaşını öldürən şəxslə bağlı məlumat yayıb
- Prokurorluq partiya üzvünün faciəvi ölümü ilə bağlı məlumat yayıb