Paşinyanı Zəngəzurdan qovdular - VİDEO


12:33     21 Aprel 2021 21_04_21_1618994662.jpg


Ermənistanın cənubundakı Sünik (Zəngəzur) bölgəsində baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir.


Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Mehriyə gəlib. Buna etiraz edən yerli sakinlər ondan dərhal şəhəri tərk etməsini istəyiblər.
Hadisə yerində Paşinyanın bir qrup tərəfdarı ilə əleyhdarı arasında dava düşüb.

Qeyd edilib ki, hazırda vəziyyət olduqca gərgindir, sakinlər "Nikol xain" şüarları səsləndirirlər və polis onları geri itələməyə, baş nazirin kortejinin keçməsinə yol açmağa çalışır.

Xatırladaq ki, Paşinyanın Mehriyə səfəri əvvəlcədən elan edilməyib.



Femida.az

Açar sözlər:

Oxunub: 566