Hacıqabulda yeni məktəb tikiləcək - SƏRƏNCAM


12:48     21 Aprel 2021 345135_456625serencam%20(2).jpg


Prezident İlham Əliyev Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, sərəncama əsasən Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 372