Rusiyadakı xarici vətəndaşların müvəqqəti yaşayış müddəti uzadılacaq
19:23 21 Aprel 2021
Rusiya Daxili işlər Nazirliyi ölkə ərazisində qanunsuz yaşayan xarici vətəndaşlara müvəqqəti yaşayış müddətini uzatmaq üçün qurumun bölmələrinə təkidlə müraciət etmələrini tövsiyə edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev xarici vətəndaşlara müraciət edərək bildirib.
"Prezidentin koronavirus infeksiyasının (COVID-19) yayılması təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu tənzimləyən müvəqqəti tədbirlər haqqında fərmanına müvafiq olaraq müəyyən edilmiş miqrasiya qanunvericiliyini pozaraq Rusiya Federasiyası ərazisində olan əcnəbilərə bu vəziyyətdə nəzərdə tutulan sanksiyalar tətbiq edilmədən onlara hüquqi statuslarını həll etmək imkanı verilir. Bununla əlaqədar qanuni əsasları olmadan Rusiya Federasiyası ərazisində olan şəxslərin Rusiya Daxili İşlər Nazirliyinin ərazi üzrə qurumlarına müraciət etmələri təkidlə tövsiyə olunur", - deyə Rusiya DiN rəhbəri bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiya DİN adından ölkə ərazisində qanunsuz yaşayan və fəaliyyət göstərən xarici vətəndaşların Rusiya ərazisini tərk etməsi üçün iyunun 15-nə qədər vaxt verildiyi barədə məlumatı yayılmışdı.
Oxunub: 859
Oxşar xəbərlər
- Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatı
- Rusiyadakı səfirliyimiz erməni təxribatının qarşısını aldı
- "İsrailin Qarabağda mövcudluğu İranın uydurmasıdır" - İsrailin Rusiyadakı səfiri
- Rusiyadakı azərbaycanlılar Baş prokuror İqor Krasnova müraciət ediblər
- Səfirlik Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət edib
- Rusiyadakı azərbaycanlı miqrantlar 10 illik vahid sənədlə təmin ediləcək
- Azərbaycan Rusiyadakı tarix dərslikləri ilə bağlı nazirliklərə müraciət etdi
- XİN: Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması məlumatı yalandır
- Rusiyadakı Azərbaycan diasporunun vəziyyəti müzakirə olunub
- Prezidentin köməkçisi Rusiyadakı soydaşlarımızı zorakılıq xarakterli addımlardan çəkinməyə çağırıb