Türkiyə silahlanmaya yeni döyüş gəmisi daxil edib
21:18 21 Aprel 2021
Türkiyə Silahlı Qüvvələrinin silah arsenalına “ANADOLU” adlı çoxfunksiyalı döyüş gəmisi daxil edilib.
Femida.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri tvitter səhifəsində məlumat yayıb.
“Amfibiya” qrup komandanlığı hərəkətə hazırlıq təlimləri çərçivəsində gəmi Dəniz Piyadaları Briqadası və Quru Qoşunlarına məxsus helikopterlərlə birlikdə tapşırıqları yerinə yetirib.
“ANADOLU” döyüş gəmisi Türkiyənin “Sedef tersanesi"ndə tikilib. Onun maliyyə dəyəri 650 milyon ABŞ dollarıdır. Gəmi 2021-ci ildə istismara verilib və hazırda sınaq mərhələsindədir. Uzunluğu 232 metr, eni 32 metr, hündürlüyü 58 metrdir. Gəmi 56 uçuş, 50 tibb, 200 qərargah heyəti, 550-570 desant, 371 ştatı ümumilikdə 1 223 nəfərlik şəxsi heyətə malikdir.
Bundan başqa, gəmiyə 10 ədəd “Anka” və ya “Bayraktar” pilotsuz uçuş aparatı, 8 ədəd “As532” və ya “CH-47F” helikopteri, 4 ədəd “T-129” ATAK helikopteri, 2 ədəd “S70-B SEAHAWK” ümumi təyinatlı helikopter yerləşdirmək mümkündür.
Oxunub: 990
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq