Cəlilabadda fərdi yaşayış evi yanıb


11:05     22 Aprel 2021 21_04_22_1619067952.jpg

Cəlilabad rayonunun Boyxanlı kəndində yanğın baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 128 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 901