Fransalı hüquqşünaslar Ağdam Cümə məscidində olublar


14:48     22 Aprel 2021 elmundo%20agdam.jpg

Fransalı hüquqşünaslar Ağdam rayonuna səfər çərçivəsində Cümə məscidində olublar.

Hüquqşünaslar Yassine Yakouti və Elise Arfi Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.

Onlar ermənilərin məsciddə törətdiyi vandallığın izləri, məscidin ətrafındakı evlərin, tikililərin dağıntıları ilə tanış olublar.

Qonaqlara işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdiyi dağıntılar və digər vandallıq əməlləri barədə ətraflı məlumat verilib.

Açar sözlər:

Oxunub: 1437