Gəncədə zəncirvari avtoqəza olub, ölən və xəsarət alan var


21:27     23 Aprel 2021 21_04_23_1619198923.jpg

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115", "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1980-ci il təvəllüdlü İsayeva Hicran Nurəddin qızı dünyasını dəyişib, 1973-cü il təvəllüdlü Mirzəyev Ceyhun Arif oğlu isə xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Açar sözlər:

Oxunub: 952