Erməni hərbçilərin meyitlərinin qalıqları qarşı tərəfə verildi


09:06     24 Aprel 2021 21_04_23_1619201250.jpg

Azərbaycan Qarabağda müharibədə ölən daha 3 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Femida.az xəbər verir ki, erməni hərbçilərin meyitlərinin qalıqları Ağdərə istiqamətində qarşı tərəfə verilib.

Bundan əvvəl də Azərbaycan xeyli erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Bununla yanaşı, erməni tərəfinin Hadrut qəsəbəsi ərazisində bu gün apardığı axtarış zamanı iki erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 13-dən bəri 1 551 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Açar sözlər:

Oxunub: 1029