Nigeriyada quldurlar tələbələri qətlə yetiriblər


10:20     24 Aprel 2021 21_04_24_1619240659.jpg

Nigeriyanın şimalında quldurlar girov saxladıqları üç tələbəni edam ediblər.

Femida.az xəbər verir ki, bu barədə “Agency France Presse” Nigeriyanın təhlükəsizlik və daxili işlər naziri Kadun Semuel Aruvana istinadən bildirib.

"Amansız cinayət törədilib, quldurlar üç girovu edam etdilər", - o qeyd edib.

Nazirin sözlərinə görə, hadisənin baş verdiyi kənd özəl Qrinfild universitetinə yaxındır.

Silahlı quldurlar təhsil müəssisəsinə bir neçə gün əvvəl hücum ediblər. Yerli KİV-in məlumatına görə, onlar 23 tələbəni girov götürüblər. Girovların arasında 17 qız və 6 oğlan olub. Quldurlar tələbələrin qohumlarından külli miqdarda pul tələb ediblər. Cinayətkarlar təkliflərinin rədd edildiyi halda fiziki cəza ilə hədələyiblər.

Açar sözlər:

Oxunub: 924