40 xüsusi texnika və 2 min şəxs Bakını dezinfeksiya elədi (VİDEO)
14:35 24 Aprel 2021
Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi davam edir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq aprel ayının 24-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə dördüncü, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə artıq 22-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri bir gün əvvəldən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Bildirilib ki, əsas məqsədi vətəndaşlarımızı bu pandemiyadan qorumaq olan geniş dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və bu tədbirlər davam etdiriləcəkdir.
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.
Femida.az
Oxunub: 566
Oxşar xəbərlər
- 40 erməni zabitini məhv edən Elyar Vəliyev kimdir? - Xüsusi təyinatlı əfsanə
- 40 erməni hərbçi Kəlbəcərə girmək istədi - Azərbaycan qəti tədbirlər gördü
- 400 min manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
- 408 qaziyə əlillik dərəcələri təyin olunub
- 40 kq narkotik dövriyyədən çıxarılıb
- 40 min manatlıq dələduzluq edən "məmur" həbs olundu
- 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır
- 40 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək
- Ədliyyə Nazirliyi: 408 nəfər həbsdən azad edilib
- 400-ə yaxın məhkumun işinə videokonfransla baxılıb