Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər - FOTO
13:12 25 Aprel 2021
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qardaş ölkənin Sparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və keçirilən kursun əhəmiyyətindən danışıblar.
Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi leytenant Elsevər Əliyev ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Sonda məzunların tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.
Oxunub: 969
Oxşar xəbərlər
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- Hərbi qulluqçumuz VƏFAT ETDİ
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
- Hərbi Prokurorluğun nümayəndələri azad edilən ərazilərə gedib
- Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
- Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Hərbi forma geyinən bu şəxslər cərimə olunacaq