Saatlıda minik maşını traktorla toqquşub - 4 nəfər xəsarət alıb


13:16     25 Aprel 2021 qeza_yeni.jpg

Femida.az-ın məlumatına görə, hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində qeydə alınıb.

VAZ 2107 markalı avtomobil yolda hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilində olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Saatlı xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 533