ABŞ və NATO qoşunları Əfqanıstandan çıxarılır


16:23     25 Aprel 2021 2021/04/60854-1619350435_1619353465.jpg

ABŞ və NATO Əfqanıstanda yerləşən hərbi bazalardan personalını geri çəkməyə başlayıb.

Femida.az xəbər verir ki, bu barədə Kabildə keçirilən konfransda ABŞ Quru Qoşunlarının generalı Skott Miller deyib. O, Qərb ordusunun bütün bazalarını Əfqanıstan Silahlı Qüvvələrinə təhvil verəcəyini əlavə edib.

Ağ Ev daha əvvəl qoşunların geri çəkilməsinin 1 may - 11 sentyabr tarixlərinə qədər davam edəcəyini elan etmişdi. Vaşinqtonun bu addımı müttəfiqlər və siyasi tərəfdaşlarla əlaqələndirdiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 448